Taekvondoçularımız İrana yola düşməyə hazırlaşır

İDMAN
10:16 15.02.2011
1999

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, böyüklərdən ibarət milli komandamız İranın Urmiyə şəhərində ənənəvi “Fəcr” turnirində iştirak edəcək. 23-cü dəfə təşkil edilən yarış fevralın 24-25-də keçiriləcək.

Əsas heyətin bir neçə üzvündən Vüsal Məmmədov (-54 kq), Elxan İsayev (-54 kq), Rövşən Məmmədov (-63 kq), Ziya Qasımov (-63 kq), Sənan Əsədzadə (-74 kq), Namaz Heydərov (-74 kq), Təvəkkül Bayramov (-87 kq) və Ceyhun Həsənli (-87 kq) turnirin ilk günü mübarizə aparacaq. Vüqar Kərimov (-58 kq), Samir Cavadlı (-58 kq), İlkin Şahbazov (-68 kq), Səbuhi İsmayılzadə (-68 kq) və Daşqın Hacıyev (-68 kq), həmçinin Bayraməli Vəliyev (-80 kq), Rəşad Əhmədov (-80 kq) və Elman Əliyev (+87 kq) isə ertəsi gün tatamiyə çıxacaqlar. 

Baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhəbərliyi ilə fevralın əvvəlindən yarışa hazırlaşan taekvondoçularımız ayın 20-dən 26-dək İranda olacaq. Komandamızın məşqçilər heyəti hər çəkidə 2 idmançını sınaqdan çıxaracaq. Beynəlxalq dərəcəli hakimlər Etibar İbrahimov isə “Fəcr” turnirini idarə edənlər arasında olacaqlar. Qeyd edək ki, Urmiyədəki beynəlxalq yarış, taekvondoçularımız üçün əsasən mayda Koreyada keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.


OXŞAR XƏBƏRLƏR