"Taliban" hakimiyyətə gəldi, Mərkəzi Asiyanı nə gözləyir? - TƏHLİL

"Taliban" hakimiyyətə gəldi, Mərkəzi Asiyanı nə gözləyir? - TƏHLİL
DÜNYA
13:45 16.08.2021
1191
Vüqar Zifəroğlu,
BDU Jurnalistika fakültəsinin dekanı 


Əfqanıstanda baş verən son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir. Halbuki bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəf alır. Söhbət Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi başlıca qlobal layihəsi olan - "Bir qurşaq - bir yol" layihəsidir. Əfqanıstan isə bu layihədə olduqca önəmli nöqtədir.

Nə baş verir? ABŞ Əfqanıstandan çıxdığını elan edir. Bunun fonunda ilk işləri Çini hədələmək olan taliblər, çox sürətli bir şəkildə Əfqanıstan üzərində nəzarəti tam ələ keçirir. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir. Həmin Mərkəzi Asiyanı ki, sözügedən layihədə önəm daşıyır.
Bu zaman bölgədə marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük.

Gəlin, mövqe və münasibətləri nəzərdən keçirək.

Deməli, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir. Bu o Talibandır ki, 70-ci illərin sonlarında məhz silahlı islami hərəkat kimi Sovetlərə qarşı Amerika tərəfindən yaradıldı və dəstəkləndi. Indi isə Çinin Mərkəzi Asiya həmləsinə qarşı irəli cəkilir.

Talibanın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbəri gətirilir. Bu həmin Qətərdir ki, Yaxın Şərqin ən kilid ölkəsidir, ABŞ-ın strateji müttəfiqidir və ərazisində ən çox amerikali hərbi kontingent olan ölkədir. Yəni Amerika talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir. Bura Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Talibanı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Onların Qətərlə də münasibətləri ziddiyyətlidir. Türkiyə isə "Bir qurşaq-bir yol" layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Və Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda Talibanla münasibətləri normaldır, talibləri taniya biləcəkləri ehtimalı realdır.
 


Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Həmin Rusiya və İranın isə ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var. Ruslar Orta Asiyanın qarışmasında maraqlı deyillər, belə ki, həmin bölgədə El-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var, bu hücrələlərin aktivləşməsi zaman məsələsidir. Növbəti mərhələdə prosesin Şimalı Qafqaza keçməsi də realdır. İran isə zatən etnik ərəblər və bəlucalar yaşayan bölgədə sıxıntı çəkir (bir necə gün bundan əvvəl Xuzistanda yaşanan və tezliklə bütün ölkə üzrə öz təsirini göstərmiş su qiyamı buna əyani sübutdur, əlavə olaraq məzhəb faktoru işə düşür), Pakistan isə etnik bəluclara (məzhəbsəl və etnik faktor) dəstək verir.

Lakin həm Rusiya, həm İran eyni zamanda Çinin "bir qurşaq-bir yol" layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər (Astana formatı). Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi Pakistana qarşı Hindistanı dəstəkləyirlər.

Beləliklə mürəkkəb şahmat partiyasını xatırladan gedişlərlərlə müşayət olunan bu oyunda, hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ayda bəlli olacaq. Sadəcə unutmaq olmaz ki, şahmatda piyada vəzir də ola bilir və rəqibin şahının "mat" vəziyyətinə düşməsinə səbəb olur.
 
Xatırlatmaq istərdim ki, 2011-ci ildə Yaxın Şərqdə ərəb baharı başladılanda da, hədəflər başqa idi, nəticə tam əksi oldu...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
Bu şəxslər 40 minədək cərimələnəcək
16:02 02.07.2026
Bu şəxslər 40 minədək cərimələnəcək
AAYDA-nın bu idarələri ləğv olundu - SİYAHI
15:47 02.07.2026
AAYDA-nın bu idarələri ləğv olundu - SİYAHI
Aralıq dənizində gücündə zəlzələ oldu
15:24 02.07.2026
Aralıq dənizində gücündə zəlzələ oldu
Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA
15:20 02.07.2026
Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA
Dəniz Göktaş saxlanıldı
14:52 02.07.2026
Dəniz Göktaş saxlanıldı