Tanınmış məşqçini öldürən həyat yoldaşı: “Evə qadın gətirirdi, dözə bilmədim”

Tanınmış məşqçini öldürən həyat yoldaşı: “Evə qadın gətirirdi, dözə bilmədim”
KRİMİNAL
22:35 18.01.2023
2247
Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əfsanə Qalabəyli ifadə verib.

O, ifadəsində idmançı ərini uzun illər davam edən psixoloji və fiziki işgəncələrdən bezərək öldürdüyünü deyib.

İttiham olunan şəxsin sözlərinə görə, həyat yoldaşı ona zülm edib:

"Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, "yaxşı eləyirəm”. Dözə bilməyib öldürdüm”.

Məhkəmədə ittiham olunan şəxsin 13 yaşlı oğlu da dindirilib. Azyaşlı şahid də anasının dediklərini təsdiq edib:

"Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm”.

İş üzrə zərərçəkmişin hüquqi varisi qismində qətlə yetirilən Nurani Qalabəylinin atası tanınıb. O, məhkəmədə gəlinindən şikayətçi olmadığını deyib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb.

Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, ölümünə qədər "Sərhədçi” idman kompleksində çalışırmış.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır