Tanınmışlar Təranə-Nazənin davasından danışdı: Əxlaqsızlıqdır

Tanınmışlar Təranə-Nazənin davasından danışdı: Əxlaqsızlıqdır
MAQAZİN
15:52 04.11.2014
3337
Tanınmışlar Təranə və Nazənin arasındakı qalmaqaldan danışdılar
 
Şou-biznesin qanunu budur. Hamı asan yolla məşhur olmaq istəyir, bir-birinin bostanına daş atır. Bəzisi sponsor, bəzisi ad davasındadır. Qalmaqal etmirsənsə, deməli başqalarından geridə qalmısan. Qalmaqal demişkən, noyabrın 1-də müğənni Arzu Mələyin doğum günündə sözün əsil mənasında vur çatlasın idi. Müğənni Musa Musayev bütün media və sənət adamlarının qarşısında ifaçı Nazəninin prodüseri Pərviz Fəqanla əlbəyaxa oldu.  Davanın bu həddə çatmasına səbəb isə prodüser Pərvizin sosial şəbəkədə M.Musayevin keçmiş həyat yoldaşı Təranə Qumral barəsində xoşagəlməz sözlər yazması olub. Bu qalmaqalın əsas səbəbkarları müğənni T.Qumral və Nazənin isə söz davalarını restoranda yox, telekanalda etdilər. Nazənin bildirdi ki, T.Qumralı öz həyat yoldaşı ilə bir yataqda tutub. T.Qumral isə “Hansı ərinlə tutmusan? Sənin ərin yoxdur” cavabını verdi. İlk duel bitsə də, tərəflər məhkəmədə görüşəcəklərini söylədilər.
 
 
Bəs görəsən, bu cür qalmaqallarla gündəmdə qalmaq nə dərəcədə düzdür? Lent.az saytı elə bu sualla da tanınmışlar arasında sorğu keçirib...
 
Mövzuya ilk münasibət bildirən T.Qumralla Nazənini verilişində üz-üzə qoyan Rövşanə Bektaşi olub: “Mən də istəmərəm ki, efirdə qalmaqal nümayiş etdirim. Amma reallıq budur ki, bir çox insanlar qalmaqalı izləməyi xoşlayır və müzakirə edir. Məsələn, mən efirə 2 şair dəvət etsəm, maraqlı söhbət etsəm, heç kim baxmayacaq. Mən Təranə Qumral və Nazənin arasında olan qalmaqalda tərəfsizəm. Veriliş zamanı bir-birilərinin intim həyatlarından danışdılar. Açığı, mən də bir tamaşaçı kimi bilmək istərdim ki, bu qalmaqal nəyin üstündədir. Yorğan davasıdırsa, bilək yorğan davasıdır. Mahnı davasıdırsa, bilək mahnı davasıdır. Tarixən Azərbaycan müğənnilərinin mahnı üstündə qalmaqalı olub. Amma bu qalmaqal mahnı üstündə deyildi”.
 
Musa Musayevlə müğənni Nazənin prodüseri Pərviz Fəqan arasında olan davanın  şahidi əməkdar artist Nüşabə Ələsgərli isə qısa danışdı: “Bəli, o qalmaqalı mən gördüm. Belə şeylərə çox pis baxıram. Ümumiyyətlə qalmaqalın böyüməsinə, bu həddə çatmasına televiziyalar və jurnalistlər günahkardır. Bu cür məsələlər işıqlandırılmamalıdır”.
 
 
Əməkdar artist Gülyaz Məmmədova: “Şou-biznesdə gedən söz-söhbətlərdən xəbərsizəm. Daima səs-küydən kənar gəzirəm. Mən belə məsələlərə qarışmıram. Düşünürəm ki, müğənni qalmaqalla yox, sənəti ilə öz sözünü deməlidir”.
 
 
Müğənni Əli Mirəliyev: “Bilirsiniz, bir var insanın göstəricisi səsi var. Göstərici olmayanda qalmaqalla gündəmə gəlirlər. Təsəvvür edin, mən neçə il oxudum, məni başa düşmədilər. Başladım sözümü deməyə, adımı qoydular qalmaqalçı. İndi bu dalaşanlar da görürlər ki, oxumaqları ilə tutuzdura bilmirlər, qalmaqal edirlər. Ay balam, kimin nəyinə lazımdır ki, sən ərinlə kimisə tutmusan? Sizdən sonra gələcək nəsil nə öyrənəcək? Oxuya bilmirsinizsə, çıxın gedin, başqa işlə məşğul olun”.
 
 
Müğənni Səidə Dadaşova: “Mənim üçün Azərbaycanda şou-biznesi yoxdur. Şou-biznes yalnız xaricdə gördüyüm layihələrdir. Şou-biznesdə qalmaqalların heç zaman qarşısı alınmayacaq. Əvvəllər də qalmaqal olub. Amma abır-həya olduğuna görə, efirə qədər gəlib çıxmırdı. İndi isə şou aləmində saçyoldudur”.
 
 
Əməkdar artist Naibə Allahverdiyeva: “Şou-biznesdə bir çox nümayəndələri hər şeyi ucuzlaşdırıb. Biri digərinə deyir ki, “Mən səni döyərəm”, “Ay mən səni belə elətdirərəm”. Nə bilim öz sevgililərini, sponsorlarını nümayiş etdirib, özlərini hörmətdən saldılar.  Əvvəla, qələt eləyib deyir. Yoldaşınla tutmusan, get evində həll elə. O nə deməkdir? Efirdə özünü biabır edirsən. Ailə söhbətini get evində elə. Ayıbdır. Adam hörmətdən düşür. Mən sözlərimi heç kimə aid etmirəm. Kənarda baxan gənc nəsil də deyir ki, gedim mən də özümü belə aparım, toya çağırıb bu qədər pul versinlər. Bizim vaxtımızda belə qalmaqallar yox idi. Abır, həya var idi. Kənarda kim nə edirdisə, edirdi. Amma indi başqa cürdür”.
 
 
Psixoloq Elnur Rüstəmov: “Şou-biznes əhlinin qalmaqal etməsi cəmiyyətə çox pis təsir edir. Qalmaqal edən tanınmış simalar düşünmürlər ki, bu hal ailələrinə ziyandır. Fikir versəniz, görərsiniz ki, qalmaqal edən insanların itiriləcək heç bir şeyi yoxdur. Düşündükləri tək bir şey var: təki reklam olsun. İki qadının bir-birinə o cür söz deməsi, faciədir. Dolayı yolla bir mesajdır ki, mənim ailəm yoxdur. Mən bekaram, rahatam. Bacarsan, məni əldə edə bilərsən. Onlar dolayı yolla bu mesajları cəmiyyətə ötürürlər”. /// ailem.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
20:33 19.10.2026
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
20:28 19.10.2026
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
20:20 19.10.2026
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"