“Tariflərin optimallaşdırılması yoxsulluğun səviyyəsini artırmayacaq” - Vüsal Qasımlı

“Tariflərin optimallaşdırılması yoxsulluğun səviyyəsini artırmayacaq” - Vüsal Qasımlı
İQTİSADİYYAT
15:05 04.12.2013
1583

Tariflərin optimallaşdırılması sosial gərginliyi, xüsusilə, yoxsulluğun səviyyəsini artırmayacaq.

Bunu AZXEBER.COM-a Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsal Qasımlı bildirib.O, 2007-ci ilin yanvarında Tarif Şurası tərəfindən bəzi tənzimlənən qiymətlərin qaldırılmasından sonra yoxsulluq səviyyəsinin aşağı düşməsinin qeydə alındığını bildirib. O qeyd edib ki, yoxsulluq səviyyəsi 2007-ci ildə 15,8 faiz idisə, 2008-də bu göstərici 13,2 faizə düşdü və sonrakı illərdə pozitiv dinamika saxlanılıb. Bu göstərici 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə 9,1 faiz, 2011-ci ildə 7,6 faiz və 2012-ci ildə 6 faiz təşkil edib.“Beləliklə, Azərbaycan iqtidarı tənzimlənən qiymətlərin artırılması nəticəsində əhalinin aztəminatlı təbəqəsinə dəyə biləcək ziyanı minimuma endirdi, əksinə tariflərin bahalaşmasından əldə olunan gəlirləri əhalinin aşağı təbəqəsinin xeyrinə yenidən böldü. Çünki 2007-2012-ci illər ərzində orta pensiya 62,9 manatdan 152 manata, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 78 mindən 134 minə, orta əmək haqqı isə 216 manatdan 398 manata çatıb”.V.Qasımlı bildirib ki, bəzi tənzimlənən qiymətlərin artırılması barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarından keçən 7 il müddətində (2007-2013-cü illər) istehlak qiymətləri indeksi 72 faiz bahalaşdığı halda dövlət tərəfindən tənzimlənən qiymətlər bəzi istisnalarla sabit qalıb.“Beləliklə, qiymət disproporsiyası resursların rasional bölgüsünə rəvac verib və iqtisadiyyatın səmərəli fəaliyyətinə problem yaradıb”.Onun sözlərinə görə, Azərbaycanda benzinin qiyməti hətta MDB məkanı ölkələri ilə müqayisədə aşağı idi.“Məsələn, Azərbaycanda orta əmək haqqı ilə təxminən 720 litr Aİ-95 benzin almaq olduğu halda, Qazaxıstanda cəmi 650 litr (Belarusda bundan da az) Aİ-95 benzin istehlak etmək mümkün idi. Beləliklə, əmək haqqı perspektivindən yanaşanda da benzin Azərbaycanda MDB-nin lider ölkələri (onların karbohidrogen ehtiyatları ilə zəngin olmasından asılı olmayaraq) ilə müqayisədə ucuz idi”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”