Tayvanda atom elektrik stansiyasında yanğın

Tayvanda atom elektrik stansiyasında yanğın
DÜNYA
16:01 06.03.2025
213
Tayvanın Pinqtunq şəhərindəki Maanşan Atom Elektrik Stansiyasında yanğın baş verib. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, rəsmilər yanğının elektrik stansiyasından kənarda yerləşən soyutma qurğularında baş verdiyini və heç bir təhlükənin olmadığını bildirib.
 
Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə yanğına müdaxilə edib və yanğın təxminən 10 dəqiqə ərzində nəzarətə götürülüb.

Elektrik stansiyasının istismarçı şirkətinin verdiyi yazılı açıqlamada yanğından sonra elektrik stansiyasında radiasiya sızmasının olmadığı və işlərin təhlükəsiz şəkildə davam etdiyi bildirilib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR