'Tələbələr dilənçilərə ona görə pul verirlər ki...'

KÖŞƏ
09:40 12.10.2012
2216

Kasıbın əliaçıq olmasıSeymur Verdizadə

Bakı Dövlət Universitetinin əsas binası ilə metronun “Elmlər Akademiyası” stansiyasının arasında 6 dilənçi dayanır. Mən bu adamların hamısını üzdən tanıyır, imkanım olanda onlara sədəqə verirəm. Yayda yoxa çıxan bu dilənçilər yeni tədris ili başlayanda dərhal əvvəlki yerlərinə qayıdır, gəlib-gedən adamlardan imdad diləyirlər. Onların əsas qazanc mənbəyi kasıb tələbələrdir. Mən, ən azı yüz dəfə tələbə oğlan və qızların dilənçilərə pul verdiyinin şahidi olmuşam. Bir dəfə bu barədə söhbət düşəndə, həmkarlarımdan biri belə dedi: “Tələbələr dilənçilərə ona görə pul verirlər ki,imtahandan kəsilməsinlər”.

O vaxt olduğu kimi, indi də bu fikirlə razı deyiləm. Çünki dilənçilərə pul verən gənclərin arasında əlaçı tələbələr də var. Ən əsası isə tələbələr dilənçilərə təkcə imtahan vaxtı deyil, ilin bütün fəsillərində kömək edirlər. Dünən mən iki tələbə qızın yolun kənarında dayanan qoca dilənçiyə sədəqə verdiyini öz gözlərimlə gördüm. Hansı ki, semestr imtahanlarının başlamasına hələ çox var... Məqamı gəldiyi üçün indiyə kimi yazmadığım bir hadisəni nəql etmək istəyirəm. Tələbə vaxtı qaldığım yataqxananın yaxınlığında ucuz bir yeməkxana vardı. Təkcə tələbələr deyil, kasıb ankaralılar da tez-tez həmin yeməkxanada nahar edirdilər. Yeməkxananın sahibi əslən Çorumdan olan fağır bir kişi idi. O, orta məktəb şagirdi olan iki oğlu ilə birlikdə müştərilərə qulluq edir, imkan daxilində hamını razı salmağa çalışırdı. Yeməklərin qiyməti çox ucuz idi. Üstəlik, təndir çörəyi, çoban salatı və çay müştərilərə pulsuz verilirdi. Bəzən elə olurdu ki, nahar yeməyimiz bir dolları ötmürdü. Pulumuz qurtaranda isə hiyləyə əl atırdıq. Dörd nəfər yeməkxanaya daxil olub, masanın arxasında əyləşsə də, ancaq birimiz yemək sifariş verirdik. Yeməklə birlikdə təndir çörəyi və salat da gəlirdi. Həmin o bir nəfər yeməyini yeyib qurtarana kimi biz ən azı üç-dörd dəfə təndir çörəyi və salat gətirdirdik. Sonra isə müştərilərin hamısına pulsuz paylanılan çaydan iki stəkan içib, ayağa qalxırdıq. Yeməkxananın sahibi heç vaxt bu hərəkətimizi üzümüzə vurub, bizi utandırmazdı. Təəssüf ki, sonralar mən həmin adamla bir daha görüşə bilmədim. Çünki o, müflis olduğu üçün bir il sonra arvad-uşağını da götürüb, öz şəhərinə qayıtdı. Aradan 17 il keçməsinə baxmayaraq, mən hələ də o adamı böyük hörmət və ehtiramla xatırlayıram. Kimsə yanımda mərd sözünü dilinin ucuna gətirəndə, ya da hansısa mətndə bu sözlə qarşılaşanda dərhal həmin çorumlu gəlib gözümün qabağında dayanır. O, kasıb olsa da, sözün həqiqi mənasında mərd, əliaçıq adam idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı