Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA

Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA
MAQAZİN
16:47 16.12.2025
1197
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. 

Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, cəzaya məhkum edilmiş bir sıra şəxslərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi mümkün olacaq. Bu kontekstdə tanınmış prodüser Təranə Səmədovanın amnistiyaya düşüb-düşməyəcəyi maraq doğurur.

Vəkil Babək Həmidov AZXEBER.COM-a açıqlamasında deyib ki, əfv və amnistiyanı bir-birindən fərqləndirmək lazımdır:

"Əfv və amnistiyanı bir-birindən fərqləndirmək lazımdır. Belə ki, əfv birbaşa olaraq Prezidentin səlahiyyətinə aiddir. Amnistiya aktının qəbulu isə Milli Məclisin səlahiyyətinə daxildir. Cari situasiyada ölkə başçısı, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə müraciət edilib ki, amnistiya aktı qəbul edilsin. Əfv zamanı Prezident tərəfindən qəbul edilən sərəncamda törədilmiş cinayətin xarakterindən asılı olmayaraq, şəxslərin adları konkret göstərilməklə onların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi nəzərdə tutulur. Amnistiyada isə şəxslərin adları göstərilmir. Burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qadağan olunmuş konkret maddələr və əməllər göstərilir. Həmin maddələr üzrə müəyyən şərtlərə cavab verən, cəzasının müəyyən hissəsini çəkmiş şəxslərə amnistiya şamil olunur”.

Vəkil bildirib ki, Təranə Səmədovanın əməli Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə amnistiya aktına düşərsə, o, azadlığa buraxıla bilər:

"Müvafiq maddələr üzrə amnistiya elan edildikdə, həmin maddələrə düşən şəxslər amnistiya aktı əsasında cəzalarının çəkilməmiş hissəsindən azad oluna, cəzaları daha yüngül cəzalarla əvəz edilə və ya azadlığa buraxıla bilərlər. Yəni amnistiya aktında şəxslərin adları ayrı-ayrılıqda göstərilmir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə barəsində hökm çıxarılmış, eləcə də ibtidai istintaq və ya məhkəmə istintaqı aparılan şəxslərə şamil edilir.

Əgər Təranə Səmədovanın əməli Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə amnistiya aktına düşərsə, o zaman o, amnistiya hüququndan yararlana bilər. Həmin maddə Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktında nəzərdə tutulduğu təqdirdə bu mümkün olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
16:18 15.09.2026
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
16:03 15.09.2026
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
15:59 15.09.2026
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
15:51 15.09.2026
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
AccessBank tenderin vaxtını uzatdı
15:47 15.09.2026
AccessBank tenderin vaxtını uzatdı
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
15:39 15.09.2026
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
15:22 15.09.2026
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:12 15.09.2026
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
15:11 15.09.2026
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama