Təşəkkürlər, Cənab Prezident! - KÖŞƏ

Təşəkkürlər, Cənab Prezident! - KÖŞƏ
KÖŞƏ
12:50 01.09.2012
2551

Aynur CAMALQIZI

Bəzən Sözün də gücü yetmir. Bəzən Sözlə ifadə etmək də çətinləşir. Hisslərini, düşüncələrini, ürəyindən keçənləri, gözlərinin yaşını… Necə söz tapasan, ürəyini necə boşaldasan, necə danışasan ki… ürəyin doğrudan da boşala…

Ramilin 35 yaşının tamam olan günüydü. Arzulamışdım ki, analarımız, qızlarımız Ramil üçün dua etsinlər… Dualarımızı Allah eşitsin!

Sanki gözəgörünməz bir qüvvə qanadında, dimdiyində Azərbaycana qaytardı… Qaytarmasa, böyük ədalətsizlik olardı.

Ramil – Qarabağın qəhrəmanıdı. Kədərli, hüznlü qəhrəmanıdı. Taleyi Qarabağın taleyinə oxşayır, demişdim. Bu taleyi özü seçməyib. Amma Boyuna biçiblər elə bil. Bu həyatı məhz çinar boylu, çinar cüssəli, kişi ərdəmli, yaraşıqlar yaraşığı bu oğlan yaşamalıymış…

Bu gün – bu şad xəbərdən sonra demək istəyirəm, Qarabağın taleyi də Ramilin taleyi kimi olacaq. O da öz azadlığına qovuşacaq…

Ramil – gerçəkdən mənim ürəyimdə bir sızıltıydı, ağrıydı, səssiz naləydi… Bu sızıltının, bu ağrının, bu nalənin Böyük Sevincə və Böyük Qürura çevrilməsi… sevindiricidi, çox sevindiricidi. Ümidsizliyin Ümidə, Arzunun Reallığa çevrilməsi nə gözəlmiş, nə ülviymiş İlahi!.. Bu dünyada nə gözəl şeylər baş verərmiş, adamın başına nə gözəl işlər gələrmiş… Adam sevincin, fərəhin, sevginin həyəcanından başını necə itirərmiş… Adam sevincindən necə dəli kimi hönkürmək, Yeri, Göyü necə lərzəyə salmaq istərmiş… Adam sevincin qədərini necə itirərmiş. Bu sevinc adamın sinəsinə, ürəyinə necə sığmazmış, can necə darlıq edərmiş adama…

Nələr olarmış bu dünyada… Dünənəcən Əlçatmaz görünən bir göz qırpımında necə Əlçatan olarmış, Allahım!..

Bütün Təşəkkürlərin bircə Müəllifi var: İlham Əliyev! Mən əslində bu yazını Ona yazıram. Daha heç kəs qürrələnməsin. Uğurların Müəllifi Odur! Bu, əsl Qəhrəmanlıqdır. Az qala dünyanın yarıdan çoxunun erməni havadarı rolunda çıxış elədiyi bir zamanda kimin cəsarəti çatardı bu addımı atmağa? Təsəvvür edin, Ramilin ayağı Azərbaycan torpağına çatar-çatmaz Prezidentin əfv sərəncamı yayılır. Bəlkə də o sərəncam imzalananda Ramil hələ təyyarədə yol gəlirdi. İndi siz deyin, Azərbaycana Candan, Ruhdan bu qədər yaxın kim var, daha kim var? Bəlkə də qıcıq yaratmamaq üçün diplomatik də olsa, görüntü üçün Ramil Səfərovu atasının yanına deyil, həbsxanaya göndərmək gərəkirdi. Amma Ali Baş Komandan Onun zabit şərəfini, mərdliyini, cəsarətini, kişiliyini… Kişi kimi Qiymətləndirdi!..

Və… Bununla 2013-cü ilin prezident seçkilərinin nəticəsi də bəlli oldu: İlham Əliyev şəriksiz liderdir! Əslində bu gün Onu o Qələbə münasibətilə də təbrik etmək gərəkdi…

Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanında bir epizod var: Şuşanı işğal edən Ağa Məhəmməd Şah Qacar şəhərin sayılıb-seçilənlərini dar ağacından asdırmaq üçün dəmirçilərə qırx min mıx sifariş edir. Şəhərin bütün ustaları səhərəcən qan-tər içində işləyir, şahın əmrini yerinə yetirməyə tələsirlər. Dan yeri ağarmağa başlayanda xəbər gəlir ki, şahı öldürüblər, mıx-filan lazım deyil, Qacarı dəfn eləməyə beş-altı mismar hazırlayın…

Deyəsən, “Mıxı mismara döndərən…” ifadəsi elə oradan yaranıb…

Biz Ramilin cəzasının nisbətən azaldılmasını düşünərkən İlham Əliyev bizim hər birimizdən daha çox Ramil Səfərov haqqında düşünürmüş. Onun azadlığa buraxılması üçün ciddi-cəhdlə səy göstərirmiş. Və bütün bunlar bizdən xəbərsiz, mediaya ötürülmədən, piara çevrilmədən baş verirmiş.

Son illərdə, son aylarda ermənilərə belə tərs şilləni heç kəs tutuzdura bilməmişdi. Alındı! Ermənilər qulaqlarında tapança kimi açılan bu şapalağı gördülər. Unutmayacaqlar…

Biz də unutmayacağıq… Bu qayıdış gününü, bu günün sevincini bizə yaşadan Liderin Azərbaycan qarşısında xidmətini, dünyadakı nüfuzunu unutmayacağıq…

Bu, Nəciblik nümunəsidir. Və həm də illər öncə verilən Vədin gerçəkləşməsidi: “Mən əlli milyonluq Azərbaycan xalqının prezidentiyəm”…

Macarıstanda dar, yarımqaranlıq bir həbsxanada bir azərbaycanlını köməksiz qoymamaq, ədalətsizliyin ümidinə buraxmamaq bir Hünərdir…

Bunu etiraf etmək lazım…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub