Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, universitetin binasının əsaslı təmiri və bərpası üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Texniki Universitetinə ilkin olaraq 3,5 milyon manat ayrılıb.