BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev və Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Baş nazirin müavini Teymur Musayevə Fondun COP31-də iştirakı barədə məlumat veriblər.
AZXEBER.COM xəbər verir ki, COP31-də həyata keçirilən təşəbbüslərdən bəhs edən Fondun şöbə müdiri Pərvin Bağırova, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar və ekoloji fəsadları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu istiqamətdə məlumatlılığın artırılmasına töhfə vermək məqsədilə noyabrın 11-də Azərbaycan pavilyonunda Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş "Deadly Legacy” ("Ölümcül miras”) sənədli filminin xüsusi nümayişinin təşkil olunduğunu qeyd edib.
Eyni zamanda tədbir çərçivəsində yerli və xarici qonaqlara mina probleminin insan həyatına, ətraf mühitə və dayanıqlı inkişafa təsiri ilə yanaşı, problemin qlobal miqyasda yaratdığı çağırışlara diqqət çəkilib.











































