Teymur Rəcəbov mükafatlandırma mərasiminə niyə qatılmadı? - SƏBƏB

Teymur Rəcəbov mükafatlandırma mərasiminə niyə qatılmadı? - SƏBƏB
TOP4
12:25 09.11.2017
7862

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Yunanıstanın Krit adasında keçirilmiş Avropa çempionatında mükafatlandırma mərasiminə qatılmamasının səbəbi müəyyənləşib.

Bu barədə report-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

O bildirib ki, 30 yaşlı qrossmeyster Azərbaycan milli komandasının çempionluğu dəqiqləşdikdən dərhal sonra hava limanına yollanıb və İspaniyaya uçub. M.Məmmədov T.Rəcəbovun hazırda 16 - 25 noyabrda İspaniyanın Palme-de-Mayorka şəhərində keçiriləcək FİDE Qran Prisinin son mərhələsinə hazırlaşdığını və bu yarışın onun üçün böyük önəm daşıdığını söyləyib: "FİDE Qran Prisi İddiaçılar Turnirinə qatılmaq üçün son yarışdır. Rəcəbov hazırda çox yaxşı formadadır. O, yüksək nəticə əldə edərək, İddiaçılar Turnirinə vəsiqə əldə edə bilər. Ona görə də Teymur hazırda çox məşğuldur, yarışa İspaniyada hazırlaşacaq".

Qeyd edək ki, mükafat fondu 420 min avro olan İddiaçılar Turniri 10 - 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək. Yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Turnirdə xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin ( hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində ilk iki pillədə qərarlaşmış qrossmeysterlər, eləcə də Qran Pri seriyasının iki ən yaxşı şahmatçısı qatılacaq. Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hələlik FİDE Qran Prisində ilk "üçlük"də qərarlaşıb. Ş.Məmmədyarov 340 xalla 1-ci, T.Rəcəbov isə 241,43 xalla 3-cü sıradadır. İkinci pillədəki rusiyalı Aleksandr Qrişukun isə 336,43 xalı var.

 

Xatırladaq ki, İddiaçılar Turnirinin qalibi dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenin rəqibi olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
13:35 25.11.2026
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
“Azərbaycanla nəqliyyat və enerji layihələrində əməkdaşlıqda maraqlıyıq”
13:32 25.11.2026
“Azərbaycanla nəqliyyat və enerji layihələrində əməkdaşlıqda maraqlıyıq”
Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
13:29 25.11.2026
Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
13:23 25.11.2026
Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
13:22 25.11.2026
“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
Bağça müəllimlərinin işə qəbulu başlayır
13:20 25.11.2026
Bağça müəllimlərinin işə qəbulu başlayır
"Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir"
13:16 25.11.2026
"Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir"
Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
13:15 25.11.2026
Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
Bakıda iki azyaşlı bacı vəfat etdi
13:15 25.11.2026
Bakıda iki azyaşlı bacı vəfat etdi
Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
13:10 25.11.2026
Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
13:02 25.11.2026
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
12:57 25.11.2026
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”
12:34 25.11.2026
“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
12:32 25.11.2026
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
"Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb"
12:30 25.11.2026
"Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb"
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:24 25.11.2026
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR