Təyyarə qəzasından sağ çıxan sərnişin danışdı - VİDEO

Təyyarə qəzasından sağ çıxan sərnişin danışdı - VİDEO
Bütün Xəbərlər
09:14 15.04.2013
923
İndoneziyanın Bali adasında qəzaya uğrayan sərnişin təyyarəsi tapılıb. “Boinq 737-800” tipli təyyarənin enişə az qalmış dənizə düşməsi nəticəsində 45 nəfər xəsarət alıb. Xoşbəxtlikdən qəza itkisiz ötüşüb. Göyərtədə olan 101 sərnişin və 7 ekipaj üzvü təyyarə suya qərq olmazdan əvvəl xilasedicilər tərəfindən xilas edilib.Sərnişinlər də qəzanın hansı səbəbdən baş verdiyini bilmədiklərini deyirlər. “Heç bilmədim qəza necə baş verdi. Sadəcə ekipajın tezliklə eniş edəcəyimizə dair bildirişini eşitdim. Çox keçmədi ki, yüksəkdən bir səs eşitdim, sanki təyyarə nəyəsə çırpıldı. Birdən göyərtəyə su axmağa başladı və təyyarəyə doldu. Hər şey ani baş verdi”, -deyə sərnişin Santi Vidiastuti bildirib.İndoneziya Nəqliyyat Nazirliyi sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin yaradılmış xüsusi komissiya tərəfindən araşdırıldığını açıqlayıb. Təyyarənin qara qutusu laboratoriyaya göndərilib, pilot isə qanda narkotik maddəsinin olub-olmamasını aydınlaşdırılması üçün testdən keçəcək.
OXŞAR XƏBƏRLƏR