“Tiktok”erlər niyə saxlanılıb? - Vətəndaşların narazılığı…

“Tiktok”erlər niyə saxlanılıb? - Vətəndaşların narazılığı…
SOSİAL
23:48 23.12.2024
815

Xəbər verdiyimiz kimi, "TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülüb və bir neçə "tiktok”er saxlanılıb. 


Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, "tiktok”erlərin saxlanılmasına səbəb cəmiyyətin haqlı narazılığı  olub: 

"Hər kəsə məlumdur ki, "Tiktok” sosial şəbəkəsində milli-mənəvi dəyərlərimizə zidd, qeyri-etik, cəmiyyətə açıq hörmətsizlik edilən canlı yayımlar mövcuddur. Uzun müddətdir ki, bununla bağlı müvafiq qurumlar tərəfindən ciddi və ardıcıl tədbirlər görülür. Bu günə qədər xeyli "tiktok”çu saxlanılıb, bir neçəsi cərimlənib. Ancaq görünən odur ki, bəzi şəxslər bu cəzalardan, inzibati həbslərdən dərs almayıblar. 

O qeyd edib ki, əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı ardıcıl tədbirlər görülür: 

"Bu gün saxlanılan "tiktok”erlər son zamanlar canlı yayımlarda müxtəlif adlarla "realiti şou”lar təşkil edən şəxslərdir. Onların həmin yayımlarında qeyri-etik ifadələr, milli-mənəvi dəyərlərimizə zidd söhbətlər cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Son günlər istər cəmiyyətdə, istər sosial şəbəkələrdə, istərsə də mediada həmin şəxslərin cəzalanması ilə bağlı çağırışlar edilirdi. Çox sevindirici haldır ki, dövlət qurumlarımız da bu məsələyə operativ və çevik reaksiya verdi, həmin şəxslərlə bağlı tədbirlər görüldü”.

Hacıbəy Heydərli bildirib ki, "Tiktok” sosial şəbəkəsi bir çox ölkədə məhz bu cür yayımlara və paylaşımlara görə qadağan edilib:

"Bilirsiniz ki, "Tiktok” bəzi ölkələrdə blok edilib, bunun da səbəbi məhz əxlaqsızlığı təbliğ edən yayımlar və paylaşımlardır. Həmin ölkələrdə gənclərin və yeniyetmələrin tərbiyəsini pozduğu səbəbi ilə "Tiktok” bloklanıb. Anoloji addımın ölkəmizdə də atılması ilə bağlı bəzi hallarda çağırış edilir. Bu da səbəbsiz deyil, çünki "tiktok”un alqoritmi elə qurulub ki, burada yayılan hansısa əxlaqsız video, hansısa qeyri-etik paylaşım bir anda milyonlarla insanın qarşısına çıxa bilər. Düşünürəm ki, maarifləndirmə və ciddi tədbirlərlə "tiktok”da bu cür neqativ hallarını qarşısını ala bilərik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək