“TikTok”un bənzərinin sınaqları başladı

MARAQLI
17:38 03.03.2021
666
"Google” şirkəti qısa videokliplər çəkmək imkanı yaradan "YouTube Shorts” servisinin sınaqlarına başlayıb.

AZXEBER.COM xəbər verir ki, yeni servisin bənzər funksiyalara malik olduğu məşhur "TikTok”la rəqibə çevriləcəyi güman edilir.

Hazırda "YouTube Shorts”un tətbiq olunduğu ABŞ və Hindistanda "TikTok”un məhdudlaşdırıldığı nəzərə alınsa, yeni servisin üstün mövqe qazanacağı şəksizdir.

Hazırda sınaqların əvvəlində olan "YouTube Shorts” vasitəsilə yazılan bəzi kliplərin artıq 3,5 milyard giriş topladığı bildirilir. Həmçinin "Google” yeni ödəniş sistemi vasitəsilə "TikTok” istifadəçilərinin xeyli hissəsini cəlb etməyi nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR