Tokio-2020: Rüstəm Orucov bürünc medalın bir addımlığında - FOTO

İDMAN
13:10 26.07.2021
816

Cüdoçumuz Rüstəm Orucov "Tokio-2020" Yay Olimpiya Oyunların təsəlliverici görüşündə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

AZXEBER.COM xəbər verir ki, Rüstəm Orucov bürünc medal üçün təsəlliverici yarışda kosovolu rəqibi Akil Qyakova ilə güləşib. Əsas vaxtda hesab açılmayıb.

Qolden skorda isə Rüstəm rəqibinə vaza-ari xalı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun bürünc medal uğrunda görüşdə rəqibi Artur Marqelidon (Kanada) – Tohar Butbul (İsrail) cütünün qalibi olacaq. 


OXŞAR XƏBƏRLƏR