Tovuz rayonunda 5 kəndə təbii qaz verildi

Tovuz rayonunda 5 kəndə təbii qaz verildi
Bütün Xəbərlər
11:36 17.12.2012
753

Tovuz rayonunun Qaralar, Qoşa, Qonaqlı, Şıxheybət və Muncuqlu kəndlərinə ilk dəfə təbii qaz verilib.AZXEBER.COM-un Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, 123 abonenti olan bu kəndlərin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 52 min metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 6 ədəd siyirtmə, 123 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ölkənin uzun müddət təbii qaz almayan bir çox yaşayış məntəqələri qazla təmin olunur.

OXŞAR XƏBƏRLƏR