Tovuzda maşınlar toqquşdu - Ölən və xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Ölən və xəsarət alan var
SOSİAL
23:18 07.09.2026
54
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR