Toy karvanında gəlin maşını işıq dirəyinə çırpıldı

Toy karvanında gəlin maşını işıq dirəyinə çırpıldı
SOSİAL
20:41 13.09.2026
183
Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan "Mercedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş.

Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR