Toy mağarını sökən gənci "tok" vurdu

Toy mağarını sökən gənci "tok" vurdu
Bütün Xəbərlər
16:03 31.08.2015
1125

Bərdə rayonunun Cəyirli kəndində 20 yaşlı oğlanı elektrik cərəyanı vurub.

AZXƏBƏR.COM “Report”a istinadən xəbər verir ki,  toy mağarını sökən zaman mağarın dəmirləri həyətdən keçən yüksək gərginlikli elektrik xətlərinə dəyib. Nəticədə rayonun Alaçadırlı kənd sakini Lazerenko Maksim Aleksandr oğlunu elektrik cərəyanı vurub.

M.Lazerenko əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Hazırda onun vəziyyətinin ağır oldugu bildirilir.

Qeyd edək ki, Maksim Lazerenko xeyir-şər mağarlarının qurulması işində calışır. O, ailənin yeganə övladıdır.

OXŞAR XƏBƏRLƏR