Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq

Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq
SAĞLAMLIQ
13:55 27.07.2026
893
Bu gün müşahidə olunan küləkli və tozlu hava şəraiti şəhər sakinlərinin gündəlik həyatına təsir edən amillərdən birinə çevrilib.

Güclü küləklə birlikdə havaya qalxan toz hissəcikləri xüsusilə şəhər ərazilərində havanın keyfiyyətinin pisləşməsinə səbəb olur.

Belə hava şəraiti bəzi insanlar üçün sadəcə narahatlıq yaratsa da, sağlamlıq baxımından müəyyən risklər də daşıya bilər.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, küləkli və tozlu hava xüsusilə tənəffüs sistemi ilə bağlı problemi olan insanlar üçün daha ciddi təsirlər yarada bilər:

"Hər keçən il biz hava çirklənməsini daha da real şəkildə görməyə davam edirik. Öncəki illərlə müqayisədə bu il də istisna deyil. Hava dünən axşam xüsusilə ciddi şəkildə çirklənmişdi. Havada toz yığınına bənzər çox ciddi maddə qarışığı var idi. Bu, isti hava şəraiti, avtomobillərdən çıxan qazlar, yanacağın yanması nəticəsində yaranan tullantılar və küləyin qaldırdığı toz hissəciklərinin qarışması nəticəsində formalaşır. Xüsusilə yağışın az olduğu dövrlərdə bu maddələrin havada qalma müddəti daha da uzanır. Təbii ki, bu, insanların sağlamlığına təsirsiz ötüşə bilməz”.

Pulmonoloq qeyd edib ki, belə hava şəraitində bəzi xəstəliklər kəskinləşə, insanlarda müxtəlif allergik reaksiyalar və tənəffüs problemləri yarana bilər:

"İlk növbədə bu vəziyyətdən ən çox əziyyət çəkən insanlar tənəffüs yollarının allergik xəstəliklərindən əziyyət çəkən şəxslərdir. Allergik rinit, allergik konyunktivit, allergik farinqit və astma xəstəliyi olan insanlar üçün bu, ciddi təsir göstərir və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Bundan əlavə, əsasən siqaretlə bağlı yaranan xroniki obstruktiv ağciyər xəstəliyi olan şəxslər də bu hava şəraitindən ciddi təsirlənirlər. Ən çox bu insanlar tozlu havalardan əziyyət çəkirlər. Göz sulanması, davamlı asqırma, boğazda yanma və qaşınma kimi hallar meydana gələ bilər. Bu problemlərin qarşısını almaq üçün, əgər sizdə allergiya varsa və əvvəllər müalicə almısınızsa və ya mütəmadi müalicə qəbul edirsinizsə, bu dövrlərdə həmin müalicəni davam etdirmək lazımdır. İkincisi, mümkün qədər çölə çıxarkən ağzı bağlı maskalardan istifadə etmək daha məqsədəuyğundur. Belə tozlu və küləkli havalarda mümkün qədər gecə saatlarında gəzinti etmək daha yaxşıdır, nəinki gündüzlər. Çünki gündüz vaxtı küləklə yanaşı avtomobillərdən çıxan yanacaq tüstüləri də havadakı çirklənməni artırır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH