Sentyabrın 15-dən Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə başlanacaq. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Qurum sədri artıq TQDK-da dərsliklərlə əlaqədar şöbə formalaşdığını deyib. "Bu şöbəyə işçilərin qəbulu üçün müsabiqə elan edilib. Yaxın günlərdə şöbəyə müdir təyin olunacaq".
Şöbənin fəaliyyəti yeni dərs ili ilə birgə başalayacaq və dərsliklərin monitorinqinə start veriləcək.
TQDK sərdi bu il buraxılan bütün dərsliklərin quruma təhvil verilməsini xahiş edib. "Onların üzərində ekspertlər işə başlayacaqlar”.