Tələbə Qəbulu Dövlət Komissiyası (TQDK) tərəfindən sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək.TQDK-dan verilən məlumata görə, imtahana yazılış aprel ayının 8-dən başlanacaq.Həmin imtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.Qeyd edək ki, TQDK ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına dünəndən başlayıb. İlk sınaq imtahanı ötən gün respublikanın 29 şəhər və rayonunda keçirilib.