ABŞ və İran arasındakı münaqişə noyabrda Birləşmiş Ştatlar Konqresinə keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacaq, lakin nizamlanma seçkilərdən əvvəl də əldə edilə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadakı qolf-klubunda jurnalistlərlə ünsiyyəti zamanı bəyan edib.
"Amerika-İran münaqişəsi aralıq seçkilərindən dərhal sonra, bəlkə də daha əvvəl başa çatacaq", - o bildirib.
Amerika liderinin sözlərinə görə, İran sülh sazişi bağlamağı istəyir və daim Vaşinqtonla əlaqə saxlayır.
"Onlar (İran - red.) düzgün saziş bağlamalıdırlar. Mən sərfəsiz saziş bağlamaq niyyətində deyiləm", - Tramp əlavə edib.
///report///











































