Tramp: "İran bizdən üzr istəyib"

Tramp: "İran bizdən üzr istəyib"
DÜNYA
09:00 30.07.2026
182
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hökuməti Yaxın Şərqdəki ABŞ obyektlərinə endirilən zərbələrə görə üzr istəyib, lakin Vaşinqton hər halda bu hücumlara cavab vermək niyyətindədir.

AZXEBER.COM bu barədə "Interfax" agentliyinə istinadən xəbər verir.

"Onlar artıq üzr istəyiblər. Amma bilirsiniz, biz onları bir az cəzalandırmalıyıq", - deyə o, Ağ Evdə jurnalistlərin İranın regiondakı ABŞ qüvvələrinə qarşı son hücumları ilə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, İran tərəfi bunu etməməyi xahiş edir.

"Biz onlara çox ağır zərbə endirməyə hazırlaşırıq, çünki indi vurmaq növbəsi bizimdir. Onlar bunun baş verəcəyini bilirlər", - deyə Tramp əlavə edib.
OXŞAR XƏBƏRLƏR