Tramp İranın Vaşinqtonda "çirkli bomba" tətbiq edə biləcəyini deyib

Tramp İranın Vaşinqtonda "çirkli bomba" tətbiq edə biləcəyini deyib
19:13 17.11.2026
26
Vaşinqton İran tərəfindən"çirkli bomba"dan istifadə edilməklə Vaşinqtona mümkün hücum hazırlığı barədə məlumatlara ciddi yanaşır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Manilada keçirilən ASEAN sammiti çərçivəsində jurnalistlərə bildirib.

"Biz bu məsələni öyrənirik", - Tramp bildirib.

O, həmçinin əlavə edib ki, hücum olacağı təqdirdə İran "indiyədək heç bir ölkənin ödəmədiyi qədər bədəl ödəyəcək".

Bununla yanaşı, Tramp qeyd edib ki, Vaşinqton bu məlumata çox ciddi yanaşır.

Daha əvvəl CNN telekanalı mənbələrə istinadən xəbər verib ki, ABŞ kəşfiyyatı Tehranın ABŞ paytaxtında "çirkli bomba"dan istifadə etməklə bağlı mümkün planlarına dair məlumatlara malikdir.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bu gün "X" sosial şəbəkəsində bu ittihamları təkzib edərək onları əsassız adlandırıb.

"Çirkli bomba" - radioaktiv materialların yayılması üçün adi partlayıcı maddələrdən istifadə olunan bir qurğudur. Nüvə silahından fərqli olaraq, o, nüvə partlayışına səbəb olmur, lakin ərazinin radioaktiv çirklənməsinə gətirib çıxara bilər.
OXŞAR XƏBƏRLƏR