Tramp: Putin və Zelenski görüşməlidirlər

Tramp: Putin və Zelenski görüşməlidirlər
DÜNYA
08:30 13.10.2026
201
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna böhranının nizamlanması üçün Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski görüşməlidirlər.

O bu barədə Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

"Bildiyim yeganə şey budur ki, Zelenski və Putin bu axmaq müharibəyə son qoymaq üçün görüşməlidirlər. Düşünürəm ki, onlar (hər iki tərəf) razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Amma biz onların razılaşma əldə etməsinə nail olacağıq”, - Tramp bildirib.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR