Bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp respublikaçı qanunvericilərə müraciət edərək saatların dəyişdirilməsi sisteminin aradan qaldırılmasını və daimi yay vaxtına keçilməsini istəyib.
Mənbələrin sözlərinə görə, daimi yay vaxtı gün işığının daha uzun davam etməsinə imkan verəcək və Tramp bu ideyanı fəal şəkildə dəstəkləyir. O, hətta respublikaçı qanunvericilərlə şəxsən əlaqə saxlayaraq təşəbbüsün irəlilədilməsinə çalışıb.











































