TrampUkraynaya söz verdi

TrampUkraynaya söz verdi
DÜNYA
23:58 23.10.2026
198
Əgər Ukraynanın "Starlink” sisteminə çıxışında problem varsa, onun həllini təmin edəcəyəm.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ Prezidenti məsələ ilə əlaqədar "SpaceX” şirkətinin rəhbəri İlon Maskla hələ danışmadığını qeyd edib.

"İlon Maskla danışmamışam. Ola bilsin, onunla danışmalı olum. Problem həll edilməyibsə, onunla danışacağam. Eşitdiyimə görə, məsələ artıq həll olunub”, – deyə Tramp bildirib.

Jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin "Starlink” sisteminin ölkədə hələ də işləmədiyini bildirdiyini xatırlatmasına cavab olaraq Tramp deyib: "Bu barədə eşitməmişəm, amma məsələni araşdıracağam”.
 
///unikal///

OXŞAR XƏBƏRLƏR