Transfer bombası: Adrian Mutu «Xəzər Lənkəran»da

Transfer bombası: Adrian Mutu «Xəzər Lənkəran»da
İDMAN
23:04 08.01.2011
2888
Rumın həmkarlarımızın əldə etdiyi xəbərdə bildirilir ki, Rumıniya futbolunun ulduzu Adrian Mutu “Xəzər Lənkəran”a gəlir. Mirça Rednik “Qalatasaray”ın uzun müddətdi danışıqlar apardığı “Fiorentina”nın oyunçusunu Azərbaycana gəlməyə razı salıb. “Xəzər Lənkəran”ın təklif etdiyi pulun Mutunu cəlb etdiyi və təklifə müsbət cavab verdiyi deyilir. 
Qeyd edək ki, 1979-cu ildə dünyaya gələn Mutu karyerası ərzində Rumıniyanın “Argeş”, “Dinamo”, İtaliyanın “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina” və İngiltərənin “Çelsi” klublarının formasını geyinib. 2000-ci ildən 67 dəfə Rumıniya millisinə çağırılan 32 yaşlı forvard 30 qola imza atıb./// asport.az
OXŞAR XƏBƏRLƏR