“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”

“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
SİYASƏT
13:22 25.11.2026
57
"Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə baş verən proseslər, qarşılıqlı etimadın qurulması və regional əməkdaşlıq məsələləri müzakirə olunub”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən ildən başlayaraq Azərbaycan və Ermənistan arasında müxtəlif istiqamətlərdə müsbət proseslər müşahidə olunur. Rəsmi nümayəndə heyətləri və dövlət qurumları arasında təmasların, qarşılıqlı etimadın qurulmasına xidmət edən tədbirlərin keçirilməsi bu prosesə töhfə verir.

Ceyhun Bayramov son günlər Ermənistanda baş verən proseslərə, yeni Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə və TRIPP layihəsinin həyata keçirilməsinə başlanmasına da toxunub.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR