Turan İbrahimov Rauf Mərdiyevi qısqanclıqda suçladı (EKSKLÜZİV)

GƏNCLİK
06:46 30.06.2011
2362

Məsələylə bağlı tanınmış telejurnalist, «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyasının rəhbəri Turan İbrahimov AZXEBER.COM-a eksklüziv açıqlama verib.

"Rauf öz uşağımızdır. Yəni eyni siyasi baxışlara, eyni gələcəyə inandığımız gəncdir. Azadlıq radiosunda mənim də iştirak etdiyim debata münasibətən yazdığı yazısının isə böyük qismi ilə razıyam. Amma Rauf çox gənc və emosianal olduğu üçün hisləri siyasi əqidəsinin önünə keçib. Yəni mənə qarşı qısqanclıq edib bir az. Halbuki o verlişdə onun da, mənim də ulu öndərimiz Heydər Əliyevə qarşı qərəzli münasibət bəsləyən bir kəsimin, Raufun da yazısında qeyd etdiyi kimi, məharətlə cavablarını vermişəm. Əslində o, məni dəstəkləyən yazı yazmalı idi, amma nə isə... Yenə qeyd edirəm. İncimirəm ondan, emosianallığına verirəm. Mənim üçün önəmli olan siyasi əqidəm, ideallarım və tutduğum həqiqi yoldur. Nə sola baxıram, nə də sağa"

p.s. Rauf Mərdiyevin yazısını buradan oxuya bilərsiniz: YAZI

OXŞAR XƏBƏRLƏR