"AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış aparıcı Turan İbrahimovdur.
Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
Turan qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.
O şəxsi həyatından, sənətindən danışıb.
Həmin süjeti təqdim edirik:
- Televiziya mənim üçün...
- Heç vaxt arzu, xəyal olmayıb. İndi də mənim üçün menecer nöqteyi nəzərdən maraqlıdır.
-Məşhur olduğumu o zaman anladım ki...
-O qədər də məşhur deyiləm
-Özümü ən rahat hiss etdiyim telekanal...
-Son çalışdığım Azad Azərbaycan Televiziyası.
- Efirdən uzaqlaşma səbəbim...
- Yəqin kimlər üçün isə fərqli görünməyə başlamışdım.
- Turan İbrahimov deyəndə ağla gələn ilk fikir...
- Hər zaman sözün düzünü deyən . Sovet dövründə batmış əmanətlərin qaytarılmasına səbəb olan adam.
- İndiki verilişlər...
- Çox pis idarə olunan kanallarda ortaya çıxan verilişlərdir deyərdim, o vaxta qədər ki, İctimai və AzTv rəhbərinin dəyişildi.
- Hazırda çalışdığım iş...
- Menecerlik, pr mütəxəsisi kimi müşavirlik.
- Açıq sözlüyümə görə...
- Hər zaman özümü rahat hiss etmişəm.
- Yoldaşım da məşhur olduğu üçün...
- Onunla qürür duyuram. Bu da cəmiyyət üçün əlavə bir nümunədir.
- Mənə görə yoldaşımla küsən...
- Elə bir insan yoxdur.
- Boşanmış qadınlar cəmiyyətdə...
- Onlar cəmiyyətdə çox çətin əksəriyyəti. Son dövrlər bir qədər dəyişib. Guya elə görünür ki, boşanmış olmaq avantajlı olur. Amma o qadınlar özü-özlüyündə bilir ki, bədbəxtdir.
- Teleməkandan uzaqlaşdırmaq istədiyim aparıcı....
- Televiziyadan hansısa kadrın uzaqlaşmasına səbəb tamaşaçı və reytinq olmalıdır.
- Məmur olsaydım....
- Xalqa daha yaxın olardım.
- Pozğunluğu təbliğ edənlər...
- Onlar göz qabağındadır. Şərait yaradanlar da.
- İndi reytinq üçün....
- Ruhlarını şeytana satırlar.
- Efirdə dediklərimə görə peşmanlıq...
- Hər kəlməmə görə xoşbəxtəm
- 2010-cu ildə ona görə deputat olmaq istəyirdim ki...
- Düşünürdüm ki, cəmiyyətə daha yaxın olacam.
- Hazırda Rauf Arifoğlunun ona görə vəkiliyəm ki...
- Məni vəkil kimi görmək istədi.
- Afrika ölkələrinə ona görə getdim ki...
- Baxıb özümə gəlim. Səfalət, aclıq, yoxluq ordadır.
- Onlardan öyrəndim ki...
- Azərbaycan xalqı çox yaxşı yaşayır. Xalqımız hansı səviyyədə olduğunun fərqində deyil.
-Övladıma məsləhətim...
-Kişi adam olsun
- Bundan sonrakı həyatımı...
- Yenə dürüst, heç kimin yanında başıaşağı olmamaq üçün fəaliyət göstərəcəm.
- Etdiyim ən böyük səhv...
- Təbii ki, çox böyük səhvlərim olub. Bəzi adamlar var ki, onlara həddim artıq güvənmişəm.
- Həzz aldığım səhvim..
- Elə bir səhvim yoxdur.
- Məni efirdən uzaqlaşdıran məmura demək istəyirəm ki..
- Hər kəsin etdiyi bumeranq kimi gəlib onun özünə dəyir.