Xəbər verdiyimiz kimi tanınmış teleaparıcı, deputatlığa keçmiş namizəd Turan İbrahimov son zamanlar hakimiyyətə qarşı sərt və radikal mövqeyi ilə seçilir.
AZXEBER.COM-un məlumatına görə, bu dəfə o keçmiş deputat Gülər Əhmədova haqda şəxsi "tvitter" səhifəsində yazıb: "Millət! Artıq Gülər Əhmədovanın deputat mandatının bərpasına hazırlıq gedir. "Tak cto", bura Azerbaycandir..."
Turanın bu sözlərinə Almaniyada yaşayan həmyerlimiz Həbib Müntezir belə bir sual ünvanlayıb: "İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək" verəndə bilmirdin ki, belə olacaq?" Teleaparıcının cavabı isə çox qısa olub: "Sən öl yox"
Həbib isə "Sən yaşa, hələ bu harasıdır" deyə bu fikrə reaksiya bildirib. Turan sonda Həbibə "Səni istəməyən ölsün, artıq inanıram" deyə cavab yazıb.
Fransada yaşayan həmyerlimiz Elnur Məcidli isə Turana deyib: "Gülər Əhmədovanın mandatının bərpa ediləcəyinə inanmıram. Yeni videolar gəlir"Qeyd edək ki, Turan İbrahimov son zamanlar "Nida GH" dəstəyi ilə seçilir. Onun hakimiyyətə qarşı nəyə görə belə mövqe tutmasıyla bağlı məlumat yoxdur. Məsələyə yenidən qayıdacağıq.