“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib - Fotolar

“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib - Fotolar
İDMAN
16:01 16.01.2021
833
Bu gün "Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və "Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər. Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb. Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, "Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.
 
AKADEMİYA
   Akademiya otaqları: 11 otaq - 70 nəfərlik
   Əsas komanda üçün otaqlar: 16 otaq - 30 nəfərlik
   2 restoran, 2 mətbəx
   Fitnes, sauna, paltardəyişmə otağı
   Həkim otağı
   İclas otağı
   11 nəfərlik ofis otağı
   Çamaşırxana
   Texniki və xidməti otaqlar
   4 mini meydança (1 ədədi qapalı)
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)
 
STADİON
      4 paltardəyişmə otağı
      Mətbuat konfransı otağı
      Media iş otağı
      Tibb otağı
      Dopinq-nəzarət otağı
      Nümayəndə otağı
      Hakim otağı
      2 Sky-Box
      Texniki otaqlar
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)
 
TEXNİKİ
      Yarımstansiya
      Qazanxana
      Nasosxana
      Su rezervuarları
      Mərkəzi havalandırma
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR