“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib - VİDEO

“TurAZ Qartalı - 2020” təlimlərində helikopterlərin uçuşları keçirilib - VİDEO
SOSİAL
16:14 09.08.2020
745
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. 
 
Müdafiə Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.
 
Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

OXŞAR XƏBƏRLƏR