"Türk dünyası yeni siyasi reallığa çevrilir" - Prezidentin köməkçisi

"Türk dünyası yeni siyasi reallığa çevrilir" - Prezidentin köməkçisi
SİYASƏT
20:21 10.06.2026
191
Xəzər dənizi Azərbaycan üçün ticarət vasitəsidir və ölkəmizi Mərkəzi Asiya ilə birləşdirir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı deyib.

O bildirib ki, keçən il Azərbaycan region ölkələrinin yekdil dəstəyi və qərarı ilə Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilib.

"Mən bunu metaforik olaraq C5+1 adlandırıram. Mərkəzi Asiya və Azərbaycan tarixi, mədəni, dil dəyərlərini və normalarını bölüşür. Azərbaycan, həmçinin Qazaxıstan, Özbəkistan və regionun digər ölkələri ilə strateji müttəfiqdir. Türk Dövlətləri Təşkilatı ona başqa bir çərçivə təqdim edir. Gənc demoqrafiya, strateji enerji və vacib mineral ehtiyatları, güclü iqtisadiyyatı ilə Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir”.
OXŞAR XƏBƏRLƏR