Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTO

Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTO
SOSİAL
16:40 11.11.2022
184
Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəliblər.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə-Azərbaycan İş Qadınları Platforması əməkdaşlığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə bu il Azərbaycanda elan edilən "Şuşa İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü və Türk Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin 1-ci ildönümü münasibətilə həyata keçirilən bu tədbir türk dünyası iş adamları, dövlət işçiləri və mətbuat işçilərinin də iştirakıyla İstanbulda keçirilib.

Qarabağ müharibəsi şəhidləri adına bir dəqiqəlik sükut və Azərbaycan, Türkiyə himnlərinin səsləndirilməsindən sonra tədbir açılış nitqləri ilə davam edib.

Spikerlər - Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Türkiyə-Azərbaycan İş Qadınları Platformasının prezidenti Yeganə Quliyeva,
Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, Türk Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsinin Azərbaycan Hüquq və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri vəkil Aygün Əliyeva, Azərbaycanın millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Qırğızıstanın İstanbuldakı baş konsulu Lira Sıdıkova, Qazaxıstan Ahi Bektaş Türk Dünyası başkanı Anara Baycanova, ASAM Avrasiya Strateji Araşdırmalar Mərkəzi başkanı Musa Çələbi - öz nitqlərində Azərbaycanı Qarabağ zəfəri münasibətilə təbrik etdilər, türk dünyası dövlətləri arasında ticarətin artırılması mövzusunda Qadın Sahibkarlığı Komitəsinin fəaliyyətlərini strateji baxımdan önəmli bir addım olaraq gördüklərini vurğulayıblar.

Daha sonra tədbir Azərbaycan rəqs şousu və azərbaycanlı sənətçi Səidə Quliyevanın musiqisilə davam edib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafına dəstək məqsədilə 2021-ci ilin noyabr ayında Türkiyə Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsi yaradılıb və türkdilli ölkələrin hər birindən 10 nümayəndə iştirak edib. Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva komitənin sədri seçilib. Bir il ərzində türkdilli dövlətlərin qadın sahibkarları ilə müxtəlif təşkilatlarla əməkdaşlıqda mühüm addımlar atılıb.
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir