"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov
SİYASƏT
22:48 04.12.2020
4942
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Rusiyanın "NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı verdiyi müsahibə ciddi qalmaqala səbəb olub. Sosial şəbəkələrdə onun ünvanına ən ağır tənqidlər səslənməkdədir. Çoxları hesab edir ki, politoloq bu fikirləri ilə Türkiyə qoşunlarının Azərbaycanda sülhməramlı qismində iştiraklarının əleyhinə çıxıb.

Gedən müzakirələrdə sovet dövründə bolşeviklər tərəfindən güllələnən Qəzənfər Musabəyovun da adı hallanır. Deputatın babası olduğu iddia edilir. Q.Musabəyovun vaxtı ilə qaniçən daşnak ermənisi Stepan Şaumyanın quldur dəstəsinin tərkibində yer aldığı və bu səbəbdən R.Musabəyovdan belə mövqeyin gözlənilən olduğu vurğulanır.

Səslənən ittihamlarla bağlı "Yeni Müsavat”a danışan R.Musabəyov bundan qətiyyən narahat olmadığını qeyd etdi: "Məni o hücumlar zərrə qədər narahat etmir. Kim nə istəyirsə, danışsın. Dediklərimi hər kəs diqqətlə dinləsin. Mən orada demişəm ki, türk qoşunlarının Qarabağ ermənilərinin yaşadıqları yerlərə daxil olmaları mümkün deyil. Bunu indi hər kəs necə təsəvvür edə bilər? Türk qoşunu gedib Xankəndində post quracaq, bayrağını asacaq, bu mümkündürmü? Suriyada bunlar ruslarla birlikdə post yaratmağı bacarmadılar, birgə müşahidəni də təşkil edə bilmədilər. Çünki müxtəlif tərəflərdən atəş açılırdı, zirehli maşınları partladırdılar. Onu da deyim ki, Dağlıq Qarabağ ifadəsi artıq ümumiyyətlə işlədilməməlidir. Qarabağda ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması o deməkdir ki, gəlin təzədən müharibə başlayaq. O zaman sadəcə olaraq, ermənilər tərəfindən ruslar, biz tərəfdən də türklər vuruşacaq. İndi deyin görüm, bu mümkündürmü? Ona görə bütün razılaşmalar bu yöndə gedirdi ki, Monitorinq Mərkəzi yaransın. İndi biz türkləri Ağdam, Kəlbəcər, Laçında yerləşdirmək üçün gedib ruslardan icazə alınmalıyıq? Rusiya tərəfi də demişdi ki, Azərbaycan öz ərazisində harada türk qoşunlarının yerləşməsini istəyirsə, bu bizlik deyil.

Türklər indi gəlib bizə minalardan təmizləmə prosesində köməklik göstərirlər. Söhbət ondan gedir ki, türk qüvvələrinin ermənilərin, rusların postlarının olduğu yerdə yerləşmələri mümkün görünmür. Aydın məsələdir ki, orada silahlı ermənilər də qalıb, atəş, təxribat ola bilər. İndi təzədən müharibəyə başlamalıyıq? Bir daha deyirəm ki, türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir. Bizi ermənilərdən qorumağa ehtiyac yoxdur. Şükürlər olsun ki, özümüz özümüzü ermənilərdən qorumağa qadirik. Ermənilər türklərinin iştirakını heç də özlərinin təhlükəsizliklərini möhkəmləndirmək kimi görmürlər. Kim indi nə yozur, nə qələt edir, özləri bilərlər. Bir çoxlarını son zamanlar telekanallarda çox görünməyim qıcıqlandırır. Mənim 70 yaşım var. Heç bir siyasi ambisiyalarım da qalmayıb. Bunlar nahaq yerə narahat olurlar. Bu yaşda əlimə silah götürüb gedib vuruşmaq yaşım da deyil. Sadəcə olaraq, informasiya sahəsində çalışırdım ki, əlimdən gələni edim. İndi bunu kimlərsə görürdü, kimlərsə də yox. Bu dövrdə 20-dən çox xarici mediyaya, o cümlədən, Rusiya. Ukrayna, Çexiya kimi ölkələrin KİV-lərinə müsahibə vermişəm, Azərbaycan həqiqətlərini çatdırmışam. Kimlərsə bundan sadəcə qıcıqlanıblar. Bu yazılanlar dediyim kimi, məni zərrə qədər narahat etmir. Kim nə yozursa, yozsun”.

Deputat babası kimi qələmə verilən Qəzənfər Musabəyov barədə deyilənlərə də cavab verdi: "O şəxs mənim ümumiyyətlə, babam deyil. Atamın heç əmisi də deyildi, dayısı idi. Biz iki tərəfdən də Musabəyovlarıq. Buna görə heç kəsə izahat da vermək istəmirəm. Qəzənfər Musabəyov Azərbaycan üçün xeyli işlər görüb. Nəriman Nərimanovla silahdaş olub. Ondan sonra Azərbaycanın baş naziri olub. Sonradan onu bolşeviklər sıxışdırıblar. 50 yaşında da güllələnib. Onun xalqımızın qarşısında hansısa günahları olubsa-o şəxslərin dediyi kimi-hər halda qanı ilə bu günahları silib. Bununla bağlı kim nə qələt edirsə, getsin etsin. Niyə mən türk qoşunlarının ölkəmizə gəlməsini istəməyim? Onsuz da onlar burdadırlar. Bizim Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Rusiya deyir ki, NATO Ukrayna, Gürcüstanda olmamalıdır, amma NATO ölkəsi Türkiyə Azərbaycandadır.

Bizim ölkə də müstəqil dövlət kimi istənilən qərarı müstəqil şəkildə verə bilər. Düşünürəm ki, türklərin Azərbaycanda olmasını sülhməramlı libasa salmağa elə də ehtiyac yoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
09:49 26.10.2026
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir
09:43 26.10.2026
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir