Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmini artırmağı planlaşdırır

Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmini artırmağı planlaşdırır
DÜNYA
23:04 06.11.2021
434
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının həcmi 1 milyon 360 min tonu ötüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu "Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara BTQ ilə yükdaşımaların həcmini ortamüddətli perspektivdə ildə 3,2 milyon, uzunmüddətli perspektivdə isə 6,5 milyon tona çatdırmağı planlaşdırır.

A.Karaismailoğlu qeyd edib ki, BTQ sayəsində Türkiyə, Gürcüstan və Azərbaycanın beynəlxalq yükdaşımalarda və ticarətdə əhəmiyyəti artıb.

"BTQ dəmir yolu və Mərmərə tuneli sayəsində Pekindən Londona dəmir yolu marşrutu formalaşıb. BTQ Türkiyədən Gürcüstan, Azərbaycan, Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Çinə yüklərin dəmir yolu ilə çatdırılmasına icazə verir”, - A.Karaismailoğlu vurğulayıb.

Nazir əlavə edib ki, Ankara BTQ vasitəsilə Çin-Türkiyə marşrutu üzrə qısa müddətdə 100, orta müddətdə isə 200 yük qatarının hərəkətini təmin etməyi qarşısına məqsəd qoyub. Uzunmüddətli perspektivdə bu rəqəm ildə 1 500 qatara çata bilər və bununla da Çin ilə Türkiyə arasında malların çatdırılma müddəti 10 günə enəcək.

Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəmir yolunun uzunluğu 829 km-dir ki, bunun 504 km-i Azərbaycan, 246 km-i Gürcüstan, 79 km-i isə Türkiyə ərazisindən keçir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."