Türkiyə İŞİD hərbçilərinin deportasiyasına başladı

DÜNYA
15:18 11.11.2019
4221

Türkiyə İŞİD terror qruplaşmasının ələ keçirilmiş döyüşçülərini öz dövlətlərinə geri qaytarmağa başlayıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı deyib:

"Prosedurları tamamlanan İŞİD və ABŞ terrorçuları Türkiyədən göndərilib. Almaniyalı yeddi hərbçi isə noyabrın 14-ü göndəriləcək”, - deyə Çataklı əlavə edib.

Daha əvvəl Türkiyə DİN-in başçısı Süleyman Soylu rəsmi Ankaranın əsir götürülmüş İŞİD hərbçilərinin bazar ertəsindən etibarən öz ölkələrinə geri qaytırılacağını bildirmişdi.

OXŞAR XƏBƏRLƏR