Türkiyə ordusu 3 terrorçunu zərərsizləşdirdi

DÜNYA
17:42 05.12.2021
212
Pençe-Kaplan əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bazar günü yaydığı bəyanatda deyilir.

Məlumatda bildirilir ki, terrorçular İraqın şimalındakı Pençe-Kaplan bölgəsinə hücum planlaşdırırmış.

Yaraqlıları məhv etmək üçün atəş dəstəyi vasitələrindən istifadə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.
 
\Trend

OXŞAR XƏBƏRLƏR