Türkiyəyə yenə şəhid xəbəri gəlib.
AZXEBER.COM “haberturk.com”ə istinadən verdiyi məlumata görə, PKK terrorçuları gecə saatlarında Hakkarinin Çukurca rayonunda polis və jandarma binalarına hücum ediblər.
Atışmalar zamanı təhlükəsizlik qüvvələrinin 26 əməkdaşı şəhid olub. Çoxlu sayda yaralı xəstəxanaya yerləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və ordu komandanları bölgəyə gediblər.