xari

Türkiyə yığmasında koronavirusa yoluxanların sayı 13-ə çatdı

İDMAN
19:24 02.04.2021
223
Futbol üzrə Türkiyə millisində koronavirus xəstələrinin sayı 13-ə çatıb.

AZXEBER.COM-un məlumatına görə, son olaraq "Fortuna" klubunda çıxış edən Kenan Karamanın testi müsbət çıxıb.

Klub 27 yaşlı hücumçunun yığmanın toplanışından qayıtdıqdan sonra evində karantinə alındığını açıqlayıb.

Daha əvvəl İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç virusa yoluxduqları üçün heyətdən çıxarılıblar. Digər 4-nün adı isə bəlli deyil.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün ümumilikdə 32 futbolçuya dəvət göndərmişdi.

OXŞAR XƏBƏRLƏR