Məlumata görə, naməlum şəxslərAnkaranın Kavaklıdere rayonunun Tahran küçəsində yerləşən səfirliyə hücum edilib.
AZXEBER.COM-un NTV-yə istinadən verdiyi xəbərə görə, İran səfirliyinə hücum edənlər səfirliyin binasının qarşısında yerləşən bir bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən tutularaq polisə təhvil verilib. Məlum olub ki, İran səfirliyinə hücum edənlər elə İran vətəndaşlarıdır, səfirliyə müraciətlərinə gec baxıldığı üçün belə bir aksiya həyata keçiriblər.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb.