Türkiyədə keçmiş AKP-li deputat həbs edildi

Türkiyədə keçmiş AKP-li deputat həbs edildi
DÜNYA
18:22 25.10.2026
216
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən kapital bazarlarında aparılan əməliyyatlarla bağlı həyata keçirilən "fond təhqiqatı” çərçivəsində saxlanılan keçmiş AK Partiya deputatı və araşdırma şirkətinin təsisçisi Ertan Aydın haqqında həbs qərarı çıxarılıb.

"TRT Haber” xəbər verir ki, məhkəmənin daha əvvəl sabiq deputat barəsində çıxardığı məhkəmə nəzarəti qərarına prokurorluq tərəfindən rəsmi etiraz edilib.

Prokurorluğun etirazını dəyərləndirən məhkəmə heyəti E. Aydın haqqında həbs qətimkan tədbirinin seçilməsinə və onun barəsində həbs qərarı çıxarılmasına hökm edib.

Məlumat üçün bildirək ki, daha əvvəl prokurorluq Ertan Aydının həbs edilməsini tələb etsə də, sülh cəza hakimliyi onun barəsində "yaşayış yerini tərk etməmək” (ev həbsi) və "ölkədən çıxış qadağası” şərti ilə məhkəmə nəzarəti qərarı verərək sərbəst buraxmışdı.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR