Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?

Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
SİYASƏT
17:39 07.10.2026
150
Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır. 

Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmayə qoyan SOCAR-a qarşı da zaman-zaman basqılar olur, media və sosial mediada ittihamlar səsləndirilir. 

Təəssüf doğuran hal budur ki, bu kampaniyalar vaxtı da, son informasiya hücumları zamanı da Türkiyədə özünü Azərbaycanın dostu adlandıranların çoxu susmağa üstünlük verir.

İstisna kimi akademik dairələrin nümayəndələrini bəzi siyasətçiləri, diplomatları, mədəniyyət nümayəndələrini göstərmək olar. Hər dəfə dezinformasiya və böhtan kampaniyaları zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə edənlər də var. Bu şəxslərdən Aygün Attarı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçı və digərlərinin adını çəkmək olar.

Aygün Attar Türkiyədə zaman-zaman ortaya çıxan bu kampaniyalara qarşı daim səsini ucaldıb, bu əməllərin yolverilməz olduğunu bildirib. O, Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına zərbə vuran əsassız ittihamların cavabını yerindəcə verib, bu kimi addımların münasibətlərimizi sarsıdacağına dair həyəcan təbili çalıb. Aygün Attar hətta bir neçə il əvvəl Türkiyənin o vaxtkı daxili işlər naziri Ali Yerlikayaya müraciət edərək, xalqı nifrətə, kin-küdurətə sövq edən davranışlar sərgiləyən, Azərbaycana qarşı düşmənçilik edən şəxslərin hüquq çərçivəsində cəzalandırılmasını istəmişdi. 

Aygün Attardan fərqli olaraq, Türkiyədə bir çoxu Azərbaycanla "dostluğu” yalnız özlərinin şəxsi və ailə məsələləri ilə bağlı saysız-hesabsız xahişlər etməkdə görür, ölkəmizə qarşı aparılan haqsız kampaniyalar zamanı səsini çıxarmır.

Buna misal kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımı qeyd etmək olar. Azərbaycan hökuməti ona bir neçə dəfə yüksək mükafatlar verib. Şamil Ayrım "Dostluq” ordeni (2020), "Heydər Əliyevin 100 illiyi” medalı (2025), "Tərəqqi” medalı və s.-lə təltif olunub.

Əldə olunan məlumata görə, Şamil Ayrım hər dəfə Azərbaycana gələndə öz şəxsi işləri ilə bağlı müxtəlif xahişlər edir, qızı bu gün SOCAR Türkiyədə rəhbər vəzifədədir, az qala nəvələrini də SOCAR-ın Avropadakı strukturlarında işlə təmin etdirməyə çalışır. Lakin Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları zamanı Şamil Ayrımın səsini çıxardığını görməmişik. 

Dövlət tədbirlərində, Şuşada keçirilən tədbirlərdə iştirak, çıxış və rəqs etmək asandır. Amma Azərbaycan haqsız hücumlara məruz qalanda bir neçə ümumi fikirlərlə kifayətlənmək "dostluq" demək deyil. 

Bu sırada Şamil Ayrım tək deyil. Ondan başqa da adi vaxtlarda özlərini Azərbaycan sevdalısı kimi qələmə verənlər var ki, indi onlardan da səs çıxmır. Özünü sözdə Azərbaycanın "dostu” kimi təqdim edənlərin ölkəmizə qarşı haqsızlıqlara səs çıxarmaması onların nə qədər səmimi olduğunu bir daha ortaya qoyur. 

Dost dar gündə tanınar. Türkiyəli "dostların” Azərbaycana qarşı çirkin kampaniyalar zamanı tutduğu mövqe isə bu deyimlə heç üst-üstə düşmür. 

Bir şeyi də diqqətə çatdırmaq yerinə düşər ki, tarix hər şeyi yaddaşına köçürür – yaxşını da, pisi də. Azərbaycan dövləti və xalqı da kimin ona necə münasibət göstərdiyini heç vaxt unutmur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...
16:38 07.10.2026
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...