Türkiyəli ziyalılar “Xocalı üçün danışaq” dedilər – FOTOLAR

Türkiyəli ziyalılar “Xocalı üçün danışaq” dedilər – FOTOLAR
SOSİAL
22:34 26.02.2020
2864
İstanbulda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımının 28-ci ildönümnə həsr olunmuş panel təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi,  "Yeni Çağ” Media Qrupu ilə Azərbaycan-Türkiyə Evinim (ATEV) birgə təşkilatçılığı ilə İstanbul Universitetində "Xocalı üçün danışaq” adlı panel keçirilib.

Tədiri giriş sözü ilə açan Birliyin sədri Anar Can Kıtay günün anlam və mənasından bəhs edib, hər iki ölkədən panelə qatılan aydınlara öz təşəkkürünü bildirib.

"Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin moderatorluğu ilə davam edən panelə Azərbaycan və Türkiyənin çox sayda nüfuzlu ziyalıları qatılıblar.

Paneldə giriş sözü deyən Aqil Ələsgər 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı qanlı soyqırımıı törədən ermənilərin yanında olan qüvvələrin bu gün eyni qaydada Türkiyəyə qarşı açılmış cəbhələrdə yer tutduqlarını söyləyib:

"Regionda aktyorların deyil, maşaların dəyişdiyini görürük. Dünən həmin aktyorlar maşa kimi ermənilərdən istifadə edirdilərsə, bu gün həmin maşa funksiyasını terrorçu PKK, İŞİD-dir, Əsəd və başqaları icra etməkdədirlər. Eyni zamanda, dünən Xocalıda soyqırımı törədən ermənilərin yanında olan rus zehniyyəti bu gün İdlibdə türklərə qarşı olan qüvvələrin yanındadır”.

Paneldə çıxış edən ATEV rəhbəri Tənzilə Rüstəmxanlı Türk dünyasının Xocalı Soyqırımına daha həssaslıqla yanaşmasının vacibliyini vurğulayıb:

"Xocalıda ermənillərin 28 il əvvəl törətdikləri soyqırımının hədəfi və qurbanları sadəcə, azərbaycanlılar yox, həm də bütövlükdə Türk dünyasıdır. Türk adlanan hər bir kəs ermənilərin və onları himayə edənlərin hədəfindədir. Bizləri yox etmək, sıradan çıxarmaq üçün gecə-gündüz yeni-yeni planlar hazırlayıb dövrəyə buraxmaqdadırlar. Ona görə də, Xocalı Soyqırımı kimi Türklərə qarşı törədilən bütün planlara münasibətimiz eyni olmalı, o planların gerçəkləşməməsi üçün sinəmizi birlikdə irəli verməlitik. Əks halda, bu, sonuncu faciəmiz olmayacq”.

Tədbirdə söz verilən tanınmış vəkil, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova Xocalı Soyqırımının beynəlxalq aləmdə yetərincə tanıdılması üçün səylərin artırılmasına çağırıb:

"Çox təəssüf ki, Türkiyə istisna olmaqla, dünyanın əksər ölkələrində Xocalı Soyqırımı haqqında yetrəli səviyyədə məlumat yoxdur. Doğrudur, son illərdə bu istiqamətdə müüəyyən addımlar atılır. Ancaq bununla kifayətlənmək olmaz. Xocalı Soyqırımını dünyanın gündəminə yerləşdirmək və bu faciəni törədənlərin layiqli cəzalarına çatmasına nail olmaq üçün nə lazımdırsa, etməliyik”.

Xocalı Soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirən professor Nesrin Sarıahmetoğlu diqqəti bu qətliamda əli olan hər kəsin cəzalandırılmasının vacibliyinə yönəldib:
"Bəli, Xocalı Soyqırımı bütün Türk dünyasına, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Yüzlərlə günahsız insanın qətli, minlərlə insanın yaralanması və yurdlarından didərgin düşməsi ilə nəticələnmiş bu cinayət cəzasız qala bilməz, qalmamalıdır. Xocalı Soyqırımının dünya miqyasında yanıdılmasına çalışmaqla yanaşı, Xocalı qatillərinin də öz layiqli cəzalarını almaları üçün üzərimizə düşən hər şeyi etməliyik”.

Paneldə söz alan gənc alim Aynur Hüseynova çıxışında Xocalı Soyqırımının dünyada tanıdılmasına yönəlik fəaliyyətin genişləndirilməsinə çağırıb:

"Əsrin faciəsi olan Xocalı Soyqırımının dünyada həm faktik, həm də hüquqi baxımdan, tanıdılmasına istiqamətlənmiş fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. Artıq dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı Soyqırımının tanınması haqda qərar qəbul ediblər. Bu yöndə göstərilən fəaliyyət daha da genişləndirilməli, Xocalı Soyqırımını tanıyan dövlətlərin sayı artırılmalıdır. Bu, diplomatik müstəvidə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə təkan verəcək”.

Panelin sonunda təşkilatçılar gəncləri sosial mediada aktiv olmağa səsləyib və #HocalıyaAdalet, #HocalıiçinPaylaş, #JusticeforKhojaly, #ShareforKhojaly haşteqləri ilə paylaşım edib, rəy yazmağa çağırıblar.

Qeyd edək ki, panel sosial media çalışmaları ilə davam edəcək.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə