Uşaqlar "Arzularının şəhəri"ndə oldular

GƏNCLİK
12:05 15.04.2011
1905
Bununla bağlı, aprel ayının 14-də Nizami rayonu 1 saylı uşaqlar evində layihəyə start verildi. “My dream city” beynəlxalq layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi.Uşaqlar öz bacarıqlarını ortaya qoyaraq bir-birindən gözəl rəsm əsərləri çəkdilər.
Qeyd edək ki, layihənin birinci mərhələsində müsabiqədə iştirak edən rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçilərək www.mydreamcity.org saytına yerləşdiriləcək. Həmçinin “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin Azərbaycan haqqında çap etdirəcəyi kitabda müsabiqə zamanı çəkilən rəsmlərin toplusu da olacaq. Layihənin həyata keçirilməsində Paşa Travel və El Studio şirkətləri xüsusi dəstək göstərmişlər.
Nəzərinizə çatdıraq ki, 1 saylı uşaqlar evi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Mehriban xanımın diqqəti və dəstəyi nəticəsində ölkəmizdəki uşaq evləri doğma ocaqlara çevrilib. 1 saylı uşaqlar evində yaradılan şərait dövlətimizin uşaqlara göstərdiyi xüsusi qayğının bariz nümunəsidir. Uşaqlar evinin direktoru Nərminə xanım uşaqlara diqqət ilə yanaşaraq onların bütün problemlərini üzündəki mehriban ana gülümsəməsi ilə həll edir.

OXŞAR XƏBƏRLƏR