Ucarda pandemiya qaydalarının toy məclislərində pozulması aşkarlandı

Ucarda pandemiya qaydalarının toy məclislərində  pozulması aşkarlandı
SOSİAL
09:03 30.07.2021
231
Ucarda keçirilən toy məclislərində pandemiya qaydalarının pozulması aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
OXŞAR XƏBƏRLƏR